00:00:00
Yazar
Admin User
25.01.2026 08:38 58 1 dəq oxuma
Dünya

Kiyevdə 1700-ə yaxın bina istiliksiz qalıb

Kiyevdə 1700-ə yaxın bina istiliksiz qalıb

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib.

 

O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.

 

“Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb”, - Kliçko yazıb.

 

O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər