KLİNİKALARARASI ZİDDİYYƏT
İnsanların çoxu xəstələnə, həyatının müəyyən dönəmində müalicəyə ehtiyac duyur. Müalicə üçün şəxsdən qan tədqiqləri tələb edilməsi normal haldır. Bəs niyə bir klinikanın qan tədqiqlərinin cavabını digər klinika qəbul etmir?
Azərbaycan Tibb Universiteti farmakologiya kafedrasının dosenti Aydın Əliyev İnformator.az açıqlamasında bu məsələnin həqiqətən də problem olduğunu deyir. Bildirir ki, bir klinika digər sağlıq mərkəzinin tədqiq cavablarını qəbul etmir. Aydın Əliyevin sözlərinə görə, burada 2 əsas məsələni başa düşmək olar. Birincisi, ola bilsin ki, bir yerdə, yəni bir hospitalda, özəl klinikada, yaxud poliklinikada analiz etmək üçün ən dəqiq aparatura - reaktiv sistemindən istifadə edilir. Bu sistemlərdən ayrı-ayrı yerlərdə fərqli nəticələr ortaya çıxır. Digər tərəfdən, müəyyən dərəcədə maddi maraq məsələləri də, ola bilər.
Aydan Qasımova
