00:00:00
Yazar
Admin User
14.04.2015 11:38 395 1 dəq oxuma
Sosial

Kəmaləddin Heydərov BƏƏ səfirini qəbul edib

Nazir Kəmaləddin Heydərov səfir Salem Xalifa Mohamed Əl-Ğafliyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Kəmaləddin Heydərov BƏƏ səfirini qəbul edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

Nazir Kəmaləddin Heydərov səfir Salem Xalifa Mohamed Əl-Ğafliyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər