00:00:00
Yazar
Admin User
25.08.2025 14:06 114 1 dəq oxuma
İdman

Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"İnformator.az" xəbər verir ki, 250 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. Sınağı uğurla keçənlərə müvafiq kəmər və sertifikat təqdim edilib. Qeyd edək ki, rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.


Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər