00:00:00
Yazar
Admin User
04.09.2025 17:29 129 1 dəq oxuma
İdman

Kənan Yıldızın gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb

Kənan Yıldızın gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb

 

İtaliya mətbuatı Tuttosportda yer alan xəbərə görə, ağ-qara klub 2029-cu ilə qədər müqaviləsi olan ulduz futbolçu ilə sözləşməni yeniləyəcək.

Performansına görə, Kənan Yıldızı mükafatlandırmaq istəyən Çizmə rəhbərliyi, hazırkı müqaviləni 2030-cu ilə qədər uzadacaq və 1 illik seçim bəndi əlavə edəcək.

 

Bundan əlavə, illik 1,5 milyon avro+bonus qazanan 10 nömrəli futbolçunun maaşı 3,5 milyon avro+bonuslara qədər artırılacaq və bu məbləğ tədricən 4 milyon+bonusa çevriləcək.

 

Futbolçunun 12 milyon avro xalis maaş alan Duşan Vlahoviçdən sonra komandanın ən çox qazanan ikinci futbolçusu olacağı bildirilib.

 

Bu mövsüm FIFA Klublararası Dünya Çempionatı və İtaliya A Seriyasında “Yuventus”un heyətində 6 matçda forma geyinən Kənan Yıldız 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

Haberler

Həlimə Əliyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər