Kənd Təsərrüfatı məhsullarının GMO olduğunu necə bilək?
Bazarda olan çoxsaylı kənd təsərrüfatı mallarının toxumundan növbəti il üçün toxum götürmək mümkün deyil. Bu isə həmin məhsulların GMO olduğunun sübutudur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, tərəvəzlərin əksəriyyəti bu vəziyyətdədir. Geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsi barəsində ciddi qadağalar olsa da, bu tip məhsullar bazarlara yol tapa bilir. Bu isə cəmiyyətdə ciddi narahatlıqlara səbəb olur.
“Təbiət bitkini elə yaradıb ki, onun toxumundan yenidən məhsul əmələ gəlir. Hansı bitkinin toxumu növbəti il cücərmirsə, bu, onun GMO olduğunun ciddi sübütlarından biridir,”-deyə E.Hüseynov bildirib.
Azərbaycan Qanunvericiliyinə əsasən, transgen bitkilərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə görə - fiziki şəxslər 3.000 manat, vəzifəli şəxslər 10.000 manat, hüquqi şəxslər isə 50.000 manat miqdarında cərimə edilir.
