00:00:00
Yazar
Səadət Əlizadə
22.05.2026 19:47 8 1 dəq oxuma
Sosial

Kolların kəsilməsi barədə yalan məlumat verənlər 5 min manatadək cərimələnəcək

Kolların kəsilməsi barədə yalan məlumat verənlər 5 min manatadək cərimələnəcək

Azərbaycanda yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

 

"İnformator.az" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

 

Məcəlləyə təklif olunan yeni maddəyə görə, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.


Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

#azərbaycan #xəbər #barədə #kəsilməsi #kolların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər