KOLLECLƏRDƏ 12 814 VAKANT YER VAR
Cansu Məmmədova bu il birinci qrup üzrə imtahan verib. Az bal topladığı üçün ixtisas seçimində iştirak edə bilməyib. Deyir ki, indi seçimi kollecdir.
Cansu kimi ümumilikdə 13 minə yaxın şəxs kolleclərdə təhsil ala bilər. Plan yerlərinin sayı bunu deməyə əsas verir. DİM-in şöbə müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, kolleclər üzrə12 min 814 boş plan yeri var. Qabiliyyət tələb edən ixtisaslarda ən minimal keçid balı 50, qabiliyyət tələb etməyən ixtisaslarda isə 40 baldan başlayır. Azərbaycan dili və riyaziyyat üçün minimal keçid balı 10 baldır. 33495 ixtisas qrupu üzrə plan yeri mövcuddur. DİM-in şöbə müdiri Xanlar Xanlarzadənin çıqlamasına görə, ümumilikdə plan yerlərinin 93 faizi dolub, boş qalan plan yerləri bağlı məlumat abituriyemt jurnalının 7 saylı buraxılışında təqdim olunub. “1-ci ixtisas qrupunda 1557 yer, 2-ci ixtisas qrupunda 210, 3-cü ixtisas qrupu üzrə 994, minə yaxın yer var. 4-cü ixtisas qrupunda 200-dən bir qədər artıqdır, 5-ci ixtisas qrupu üzrə 350 boş plan yeri var”.
Təhsil eksperti Cahid İmanov abituriyentlərin müsabiqə şərtlərini ödəmələrinə diqqət çəkir. Deyir ki, boş qalan yerlərin seçimində iştirak etmək üçün imtahanın 2-ci mərhələsində minimal 100 bal toplanmalıdır.
Qeyd edək ki, ixtisas seçimi sentyabrın 9-da başa çatacaq. Nəticələr isə seçim başa çatdıqdan 2-3 gün sonra elan ediləcək.
