Kolumbiya ABŞ-nin Venesuelaya endirdiyi zərbələrdən sonra milli antidron qalxanını işə salır
Kolumbiya ABŞ-nin Venesuelaya endirdiyi zərbələrdən sonra milli antidron qalxanının işə salındığını elan edib.
"İnformator.az" bu barədə "Defence Blog" nəşrinə istinadən xəbər verir.
Kolumbiya Müdafiə Nazirliyinin məlumatına görə, dəyəri 6,2 trilyon Kolumbiya pesosu (təxminən 1,6 milyard dollar) olan layihə regional təhdidlərin artması fonunda ölkənin hava məkanının müdafiəsini gücləndirməyə yönəlib.
Proqram pilotsuz uçuş aparatlarının (PUA) aşkar edilməsi və zərərsizləşdirilməsi üçün sərhədyanı rayonları, kritik infrastrukturu, hava limanlarını və böyük şəhərləri əhatə edəcək ümummilli sistemin yaradılmasını nəzərdə tutur.
