00:00:00
Yazar
Admin User
06.01.2026 16:41 53 2 dəq oxuma
Dünya

Kolumbiya Venesuela böhranı fonunda ABŞ-yə qarşı beynəlxalq təşəbbüsləri artırır

Kolumbiya Venesuela böhranı fonunda ABŞ-yə qarşı beynəlxalq təşəbbüsləri artırır

Kolumbiya ABŞ-nin Venesuelaya qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Eyni zamanda Boqota Amerika Dövlətləri Təşkilatının Daimi Şurasının və Latın Amerikası və Karib Dövlətləri Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə görüşü üçün müraciət edib. Bu barədə Kolumbiya Prezident Administrasiyasının nümayəndəsi Anci Rodriqes məlumat verib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmirəliyev "İnformator.az" a açıqlamasında bildirib ki, Kolumbiya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər onsuz da gərgin idi:

 

"Çünki ABŞ rəhbərliyi Kolumbiya hökumətini narkoticarətlə ittiham edib. Venesuela hadisələri ilə yanaşı faktiki olaraq da buna görə də münasibətlərdə gərginləşmə yaşanıb. İndi Kolumbiya prezidentinin bu məsələlərlə bağlı təşəbbüs göstərməsi, yəni Venesuela hadisələri ilə bağlı beynəlxalq ictimaiyyəti ayrı-ayrı qaldırmağa çalışması, məhz Kolumbiya prezidentinin qorxusundan irəli gəlir. Çünki belə fikirləşirlər ki, Kolumbiyada artıq Venesuela hadisəsindən sonra sıra onlara gələcək. Buna görə də maksimum şəkildə bu cür təşəbbüslərlə çıxış edirlər. İndiki halda ABŞ təşkilatından və ya Latın Amerikasındakı anti-amerikan blokunu yenidən aktivləşdirmək çox çətindir. Çünki Rusiya və Çinin faktiki olaraq başları özlərinə qarışıb və buna görə də ABŞ rahat şəkildə bölgədə prosesləri idarə edərək, istədiyi şəkildə işləri həyata keçirir və çalışır. ABŞ bunu bir dəfə də edib: 1970-80-ci illərdə ABŞ kütləvi şəkildə Latın Amerikası ölkələrinə müdaxilələr edərək, daxildən “beşinci kolon” vasitəsilə və hərbi sistemin içərisindəki əlaltı generallar vasitəsilə çevriliş edərək özünə sadiq hökumətlər qurub".

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər