00:00:00
Yazar
Admin User
26.01.2015 10:59 297 1 dəq oxuma
Sosial

Komitə sədri vətəndaşlarla görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göygöl rayonunda vətəndaşları qəbul edib.
Komitə sədri vətəndaşlarla görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Göygöl rayonunda vətəndaşları qəbul edib.

Qəbulda Göygöl rayonu ilə yanaşı Gəncə və Naftalan şəhərlərindən, eyni zamanda Qərb bölgəsində yerləşən digər rayonlardan olan 35-dək vətəndaş iştirak edib. Qəbula gələnlər əsasən qadın hüquqları, uşaqlarla bağlı hüquqi problemlər, müalicə, əlillik dərəcələri və digər statusların verilməsi, məğulluq, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və sair problemlərin həlli ilə bağlı müraciət edib.

Vətəndaşların bir qisminin qaldırdığı problem yerindəcə həllini tapıb. Bəzi vətəndaşların müraciətləri isə müvafiq əlaqədar orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb. Bir qisim müraciətçilərə isə onları narahat edən məsələnin həlli ilə bağlı yerindəcə hüquqi məsləhətlər verilib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər