00:00:00
Yazar
Elmira Ağayeva
30.07.2026 20:47 27 2 dəq oxuma
İdman

Kommersiya, yoxsa futbolun maraqları? UEFA-dan FIFA-ya etiraz

Kommersiya, yoxsa futbolun maraqları? UEFA-dan FIFA-ya etiraz

 

UEFA FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planları ilə bağlı növbəti dəfə narazılığını ifadə edib. Avropa futbol qurumu bu təşəbbüsün futbolun idarəetmə prinsiplərinə və maraqlı tərəflərin hüquqlarına uyğun olmadığını bildirərək, futbolun yalnız kommersiya maraqları üzərində qurulmamalı olduğunu vurğulayıb. Məsələ dünya futbolunun gələcək idarəetmə modeli ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.


Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, pulun çoxluğu güc və imkan deməkdir:


"Münasibətlərin müəyyən dərəcədə korlandığı aydın məsələdir. Zirvədə, mühüm vəzifələrdə əyləşən şəxslər kifayət qədər təcrübəli və zəkaldır, onlar iş prosesinin və siyasətin incəliklərinə yaxşı bələddirlər. Buna baxmayaraq, pozulmuş əlaqələrin bərpası müəyyən vaxt tələb edəcək. FİFA-nın fəaliyyətində çatışmayan cəhətlər az deyil və bu baxımdan səslənən bəzi tənqidlər əsassız sayılmaz. Lakin söhbət idmandan gedirsə, xarici müdaxilələr nə qədər çox olarsa, maliyyə maraqları nə qədər qabardılarsa və yalnız sponsorların istəklərinə uyğun addımlar atılarsa, futbolun keyfiyyəti bir o qədər aşağı düşər. Bu, danılmaz faktdır. Son Dünya Çempionatında da həddən artıq kommersiyalaşmanın şahidi olduq. Əlbəttə, müasir dövrün tələblərini və maliyyənin rolunu nəzərə alsaq, bunu tamamilə inkar etmək çətindir, pulun çoxluğu güc və imkan deməkdir. FİFA da məsələyə məhz bu prizmadan yanaşıb.
​Bəs özəl investorların buradakı əsas marağı nədir? Yalnız öz biznesini qurub uğur qazanmaq, yoxsa fərqli planları həyata keçirmək? Bu, çoxşaxəli və ziddiyyətli məsələdir. Maliyyə mövzusu hardan baxılmasından asılı olmayaraq, həmişə çoxsaylı suallar doğurur. Hətta idman mətbuatı və ya idman ictimaiyyəti üçün belə ehtimal edilən yanaşmalar hər zaman özünü doğrultmur. Nəticə etibarilə, bu, kifayət qədər mürəkkəb və qəliz mövzudur. Lakin bütün hallarda idmanın öz daxili çərçivəsini və mahiyyətini qoruyub saxlamaq daha məqsədəuyğun olardı. Belə arzuolunmaz proseslərin yaşanması idman adına sevindirici hal deyil".

Samirə Allahverdizadə

#UEFA #FİFA
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər