00:00:00
Yazar
Admin User
06.07.2023 18:39 264 1 dəq oxuma
Sosial

Kompüter başında çox oturanlar - DİQQƏT

Kompüter başında çox oturanlar - DİQQƏT

Kompüter ekranına uzun müddət məruz qalma baş ağrısına və hətta gözlərin zəifləməsinə səbəb ola bilər.

 

İnformator.az Türkiyə mediasına istinadən gözlərinizi ekrandan qorumaq üçün məsləhətləri təqdim edir...

 

20/20/20 qaydası
20 dəqiqə ekrana baxdıqdan sonra 20 saniyə ərzində ən azı 20 addım uzaqda olan bir nöqtəyə baxın.

Bu üsul gözlərinizə gərəkli olan fasiləni təmin edəcək, gərginliyi aradan qaldıracaq və gözlərinizin zədələnməsinin qarşısını alacaq.

 

Lazımi işıqlandırmanı təmin edin

Kompüter istifadə etdiyiniz otağın kifayət qədər işıqlı olmasından əmin olun. Zəif işıqda və ya qaranlıqda kompüterdən istifadə gözlərinizə mənfi təsir göstərə bilər.

 

Şüaqoruyucu eynək taxın
Kompüterdən istifadə edərkən ekrandan yayılan zərərli mavi işığa birbaşa məruz qalmağı azaltmaq üçün parıltıya qarşı mavi ekranlı eynəklərdən istifadə edin.

 

Ekran parlaqlığını tənzimləyin
Monitorunuzun parlaqlıq səviyyəsini gözlərinizə uyğun olaraq tənzimləyin. Kompüteri çox yüksək və ya çox aşağı parlaqlıq səviyyələrində istifadə etməyin.

 

Ekran qoruyucudan istifadə edin
Gözlərinizi ekrandan yayılan zərərli mavi işıqdan qorumaq üçün kompüterinizə ekran qoruyucu tətbiq edin.

 

Xumar Bayramqızı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər