00:00:00
Yazar
Zəri Bayramlı
17.06.2026 16:48 20 1 dəq oxuma
İdman

Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşib

Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşib

Bu gün UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

 

"İnformator.az" xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutur.

 

Püşkatmada Azərbaycan təmsilçisi “Neftçi”nin də rəqibləri müəyyənləşib. "Ağ-qaralar"ın potensial rəqibləri "Dinamo Minsk" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi olacaq.

 

İlk oyun Bakıda, cavab matçı səfərdə keçiriləcək.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. UEFA oyunların dəqiq tarix və başlama saatlarının püşkatmadan sonra açıqlanacağını bildirib.

#yeni #xəbər #rəqibləri #"neftçi"nin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər