00:00:00
Yazar
Admin User
20.06.2023 16:35 252 1 dəq oxuma
Sosial

Konsertdə sənətçiyə telefon tulladılar

Konsertdə sənətçiyə telefon tulladılar

Son dönəmin yüksələn ulduzlarından biri olan Bebe Rexha Nyu Yorkda verdiyi konsert zamanı böyük şok yaşayıb.

 

İnformator.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Best F'n Night Of My Life" turu çərçivəsində Nyu Yorkda pərəstişkarlarının qarşısına çıxan Bebe Rexha mahnı oxuyarkən tamaşaçılardan ona tərəf bir cisim atılıb.

 

Həmin anlar konsertdəki başqa izləyicinin çəkdiyi videoya yansıyıb. Videoda üzünə telefon çırpılan məşhur müğənninin təəccüb içində qaldığı, daha sonra dizi üstə yıxıldığı görünüb.

 

Qeyd edək ki, qaşına üç tikiş vurulan Bebe Rexha Instagram hesabında status paylaşaraq izləyicilərinə "yaxşıyam" deyib.

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər