00:00:00
Yazar
Ayşən Səlimova
25.03.2026 19:55 20 2 dəq oxuma
Dünya

Körfəzdə gərginlik artır: ərəb ölkələri münaqişəyə qoşula bilər

Körfəzdə gərginlik artır: ərəb ölkələri münaqişəyə qoşula bilər

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər, çünki Tehran onların ərazilərinə zərbələr endirir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a açıqlamasında bildirib ki, Ümumiyyətlə, İranın ərəb ölkələrinə raket zərbələri endirməsini anlamaq çətindir:

 

“Çünki əsas qarşıdurma ABŞ və İsrailədir, məntiqi olaraq İranın hədəfi də bu ölkələr olmalıdır. Lakin müşahidə olunur ki, zərbələr daha çox ərəb ölkələrinə yönəlir. Hətta bəzi hallarda Türkiyə və Azərbaycan kimi ölkələrin də adı çəkilir. Bu vəziyyət regionda gərginliyi daha da artırır və münaqişənin miqyasını genişləndirir. Çünki birbaşa qarşıdurmada tərəf olmayan dövlətlərin hədəfə alınması onların da cavab vermək hüququnu gündəmə gətirir. Müəyyən bir həddə qədər səbir göstərmək mümkün olsa da, son nəticədə bu ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün addımlar atmaq məcburiyyətində qala bilərlər. Belə bir şəraitdə ərəb ölkələrinin ABŞ və İsrail ilə daha sıx əməkdaşlıq etməsi ehtimalı artır. Çünki artan təhlükə fonunda dövlətlər daha güclü hərbi və siyasi ittifaqlara yönəlirlər. Əgər bu proses davam edərsə, ərəb ölkələri də münaqişədə tərəf kimi iştirak etməyə məcbur qala bilərlər. Bu isə qarşıdurmanın daha da genişlənməsi riskini artırır. Bununla belə, ümid etmək olar ki, yaxın zamanda münaqişənin dayandırılması üçün danışıqlar başlayacaq. Belə olduğu təqdirdə, ərəb ölkələrinin İrana qarşı birbaşa hərbi əməliyyatlara qoşulmasının qarşısı alına bilər. Mövcud vəziyyət onu göstərir ki, körfəz ölkələri təhlükəsizlik baxımından ABŞ ilə əməkdaşlığı daha da gücləndirməyə çalışacaqlar. ABŞ-nin bölgədə hərbi mövcudluğu və infrastrukturu artıq mövcuddur və bu faktor gələcəkdə onun regionda rolunun daha da artmasına səbəb ola bilər. Nəticə etibarilə, İranın bu cür addımları regionda qüvvələr balansına təsir göstərərək ABŞ-nin mövqeyinin daha da möhkəmlənməsi ilə nəticələnə bilər”.

 

Selcan Xudiyeva

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər