00:00:00
Yazar
Admin User
03.01.2026 13:17 76 1 dəq oxuma
Dünya

Koşta: Aİ Venesuelada vəziyyətin sülh yolu ilə həllini dəstəkləməyə davam edəcək

Koşta: Aİ Venesuelada vəziyyətin sülh yolu ilə həllini dəstəkləməyə davam edəcək

Avropa İttifaqı (Aİ) Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Antoniu Koşta "X" sosial şəbəkəsində yazıb.

 

"Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirəm. Avropa İttifaqı münaqişənin deeskalasiyasına və vəziyyətin beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit edilmiş prinsiplərə tam riayət olunmaqla həllinə çağırır. Aİ Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam etəcək", - o yazıb. A.Koşta həmçinin qeyd edib ki, Venesueladakı Aİ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın üzv dövlətlərlə koordinasiyalı şəkildə həyata keçirdiyi səyləri dəstəkləyir.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər