Ağ Ev kiber təhlükəsizlik rəhbərini vəzifəsindən uzaqlaşdırıb
ABŞ hökumətinin Milli Kiber Direktoru Şon Kerinkross vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə ABŞ mediası məlumat yayıb.
CBS və digər media qurumlarının məlumatına görə, Kerinkross Ağ Evin aparat rəhbəri Stiven Millerin etimadını itirdikdən sonra vəzifəsini tərk edib. Qərar bank sistemləri, hava hərəkətinin idarə olunması və digər sahələrdə baş verən texnoloji nasazlıqlardan sonra qəbul edilib.
ABŞ rəsmiləri problemlərin kiberhücumlarla əlaqəli olmadığını bildirsələr də, ardıcıl texniki fasilələr Konqresdə narahatlıq yaradıb və nasazlıqların səbəbləri ilə bağlı izahat tələb olunub.
ABŞ dövlət katibi Marko Rubio Müdafiə Nazirliyinin informasiya texnologiyaları üzrə rəhbəri Kirsten Devisin yeni milli kiber direktor təyin edildiyini açıqlayıb. AFP və CBS-in mənbələri Kerinkrossun vəzifədən uzaqlaşdırılması qərarının Prezident Donald Tramp tərəfindən dəstəkləndiyini bildiriblər.
Qeyd edək ki, Kerinkross 2025-ci ilin avqustunda dövlət xidmətinə qayıdıb. Ağ Ev onun vəzifədən ayrılması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
BBC
Fatimə Hüseynova