00:00:00
Yazar
Admin User
10.09.2025 16:56 114 1 dəq oxuma
İdman

“Kəpəz”in İdarə Heyətinin ilk sədri istefa verib

“Kəpəz”in İdarə Heyətinin ilk sədri istefa verib

"İlqar Nadirinin "Kəpəz"dəki fəaliyyətinə biz nəzər yetirsək görərik ki, "Kəpəz" bu mövsümü çıxsaq, bundan əvvəlki illərdə həmişə sponsorsuz komanda olub".

 

Bu sözləri idman jurnalisti Ceyhun Rzayev"İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, sırf dövlətdən, AFFA-dan gələn dotasiya hesabına ayaqda duran bir klub olub:

 

"Demək, İlqar Nadiri klubu normal idarə edib ki, bu komanda indiyə qədər Missi Premyer Liqasında qalıb. Bu artıq bir uğurdur. Ayrılıq məsələsi belədir ki, yeni sponsor gəlib, yeni rəhbər gəlib, komanda idarə heyətində Adil Vəliyevdir. Belə bir deyim var idi ki, pulu verən musiqini də sifariş edir. Yəqin ki, yeni rəhbərlik İlqar Nadirinin öz planlarına daxil etməyib və ya aralarında fikir ayrılığı olub ki, yollara ayırıblar. Gələcəkdə necə olmağına gəldikdə isə bunu artıq ancaq biz yaşayıb görə bilərik".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər