00:00:00
Yazar
Admin User
23.12.2025 16:53 94 1 dəq oxuma
İdman

"Kəpəz" "Turan-Tovuz"a məğlub olub

"Kəpəz" "Turan-Tovuz"a məğlub olub

"Sırf "Tovuz" ilə oyundakı problemləri açıqladıqda deyə bilərəm ki, bizdə oyunçu limiti, çatışmazlığı var".


Bu sözləri "Kəpəz" komandasının baş məşqçisi Azər Bağırov "İnformator.az"a açıqlamasında bildirib. O qeyd edib ki, əslində komandaya, elə həmin oyunda Şakirin oynamaması və s. təsir edir:


"Yəni bir oyunçuya görə 2-3 yeri birdən dəyişirik və bu da istər-istəməz komandada balanssızlıq yaradır. Komanda ilə bağlı məni narahat edən əsas məqam oyunçu komandanın oyununda rotasiyaları eləyə bilməməyim, əlimdə seçimlərin elə də böyük olmamasıdır. Əksər dəyişikliklər də cavan oyunçular olduğuna görə, həm komandanın oyununu, həm də rotasiyaları gücləndirə bilmirəm. Elə də şans yarada bilmirəm ki, komanda ikinci hissədə rotasiyalar ilə güc qatsın. Növbəti oyunlarda vəziyyəti dəyişmək üçün bəzi transferlər etdik. Xüsusən də, cihan yarımmüdafiə xəttinə üstünlük verdim. Ümid edirəm komanda gələcək oyunlarda daha yaxşı olacaq".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər