Krakovda atışma törətməkdə şübhəli bilinən şəxs xəstəxanada vəfat edib
Polisin verdiyi məlumata görə, Polşanın Krakov şəhərində altı nəfəri qətlə yetirməkdə şübhəli bilinən silahlı şəxs xəstəxanada dünyasını dəyişib. Rəsmilər bildiriblər ki, xüsusi silahlı polis əməkdaşları hadisə yerinə tələsib və hücum başladıqdan üç dəqiqə ərzində vurularaq zərərsizləşdirilən şübhəli ilə atışmaya girərək daha böyük qətliamın qarşısını alıblar. Krakov polisi şübhəli silahlı şəxsin bazar ertəsi səhər saatlarında vəfat etdiyini açıqlayıb. Krakovun izdihamlı Baş Bazar Meydanında yerli vaxtla saat 15:00-dan qısa müddət əvvəl başlayan atışmadan sonra polis hücum edənin 24 yaşlı Polşa vətəndaşı olduğunu müəyyən etsə də, adını açıqlamayıb.
Hücumda dördü qadın və ikisi kişi olmaqla altı nəfərin həlak olduğu təsdiqlənib. Zərərçəkənlərdən dördü Polşa vətəndaşıdır, həmçinin Böyük Britaniya vətəndaşı olan bir kişi və Avstriya vətəndaşı olan bir qadın da qətlə yetirilib. Polşanın Baş naziri Donald Tusk bildirib ki, hücumdan sonra silahlı şəxsin evində aparılan axtarış zamanı üç cəsəd- iki qadın və bir kişi tapılıb.
Səkinə Musayeva
Mənbə:BBC