Tramp immiqrasiya tədbirlərinin həddindən artıq sərt olduğunu və seçkilərindəki məğlubiyyətdə rol oynadığını bildirib
Donald Tramp "60 Minutes" proqramında immiqrasiya sahəsindəki genişmiqyaslı deportasiyaların həddindən artıq sərt olduğunu və Respublikaçıların aralıq seçkilərindəki ağır məğlubiyyətində rol oynadığını etiraf edib. Sərhəd təhlükəsizliyini yüksək qiymətləndirən Tramp, yalnız ölkəyə qanunsuz gəldiyinə görə işləyən şəxslərin də tutulmasını tənqid edib və Demokratlarla razılığa gəlməyə hazır olduğunu bildirib. Vitse-prezident Cey Di Vens də diqqəti immiqrantlardan daha çox onları qanunsuz işlədən müəssisələrə yönəltməyin tərəfdarı olduğunu vurğulayıb. Buna baxmayaraq, rəsmi qurumlar geri çəkilmək fikrində deyillər. Həmçinin Trampın sərt immiqrasiya siyasətinin memarı Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin etməsi xəttin dəyişmədiyini göstərir.
Səkinə Musayeva
Mənbə:BBC