Kral Çarlz Epşteyn qalmaqalı ilə bağlı ilk dəfə danışıb
Kral Çarlz Epşteyn qalmaqalı ilə bağlı son açıqlamalar fonunda ilk dəfə mövqeyini ifadə edib və Bukingem Sarayının qardaşı Endryu Mountbatten-Vindzorla bağlı iddiaları nəzərdən keçirən polisə dəstək verməyə hazır olduğunu bildirib.
Sarayın sözçüsü qeyd edib ki, Kral həm sözləri, həm də indiyədək görünməyən addımları ilə cənab Mountbatten-Vindzorun davranışı ilə bağlı ortaya çıxmaqda davam edən ittihamlardan dərin narahatlığını açıq şəkildə ifadə edib.
“Konkrekt iddialara cavab vermək cənab Mountbatten-Vindzorun öz məsuliyyətidir. Lakin Temza Vadisi Polisi bizə müraciət edərsə, gözlənildiyi kimi, onlara dəstək göstərməyə hazırıq”,-deyə sözçü bildirib.
Temza Vadisi Polisi isə anti-monarxiya yönümlü “Republic” qrupunun müraciəti əsasında Mountbatten-Vindzorun vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sirrin pozulması şübhələri ilə bağlı araşdırmaya başlamaq üçün əsasların olub-olmadığını qiymətləndirdiklərini təsdiqləyib.
BBC
Banuçiçək Məmmədova
