00:00:00
Yazar
Admin User
25.08.2025 14:08 112 1 dəq oxuma
İdman

“Krasnodar” Azərbaycan millisinin futbolçusuna klubda işləməyi təklif edib

“Krasnodar” Azərbaycan millisinin futbolçusuna klubda işləməyi təklif edib

Rusiya təmsilçisi “Krasnodar” Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadəyə klubda işləməyi təklif edib.

 

Bunu "İnformator.az"a yığmanın kapitanı özü deyib.

 

O, bu komandadan Türkiyənin “Yüksekova” klubuna keçidi ilə bağlı danışıb:

 

“Mən Rusiyada olanda Türkiyədən təkliflər almışdım. Amma burda çempionatın bitməsini gözləyirdim. Daha sonra qərar verəcəkdim. Elə oldu ki, “Yüksekova”dan yaxşı təklif aldım. Mən də dəyərləndirmək qərarına gəldim. Amma ilk olaraq “Krasnodar”ın məşqçisi və direktoru ilə danışdım. Onların fikirlərini dinlədikdən sonra qərarımı qətiləşdirdim. Üç ay sonra müqaviləmin müddəti bitəcəkdi”.

 

O, Rusiya klubunda beş il çıxış etdiyini xatırladıb:

 

“Artıq bəlli yaşım var. Qərarım liqa və çempionat bitəndən sonra başqa ölkəyə getmək idi. Amma mənə burada qalıb klubda işləməyi təklif etdilər. Bu məqam məni çox sevindirsə də, düşündüm ki, futbolçu karyeramı davam etdirməliyəm. Millinin üzvüyəm. Karyeramı başa vurmaq fikrində deyiləm”.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər