00:00:00
Yazar
Güllər Gülhüseynova
17.02.2026 09:42 7 1 dəq oxuma
Dünya

Krasnodara dron hücumu nəticəsində İlski NEZ-də yanğın olub

Krasnodara dron hücumu nəticəsində İlski NEZ-də yanğın olub

Pilotsuz uçuş aparatının (PUA) Rusiyanın Krasnodar diyarına hücumu nəticəsində İlski neft emalı zavodunda (NEZ) yanğın baş verib.

 

"İnformator.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə diyarın operativ qərargahından bildirilib.

 

"PUA hücumu nəticəsində İlski NEZ-də yanğın baş verib. Xəsarət alan yoxdur. Neft məhsulları çəni zədələnib", - məlumatda deyilir.

 

Yanğının sahəsi 700 kv.m təşkil edir. Yanğının söndürülməsinə 72 xilasedici, 21 vahid texnika və 1 yanğınsöndürmə qatarı cəlb olunub.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər