"KRATON" klinikasının açılışı olub
Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş "KRATON" klinikasının açılışı olub. "Kraton" klinikası tam müasir tibb avadanlıqlar, yüksək keyfiyyətli pereparatlar və peşəkar həkim personalı ilə pasientlərin xidmətinə verilib.
Təsisçi direktor - Kəmalə Nəhmətovanın Arb xəbərə verdiyi açıqlama görə, klinikada ambulator cərrahiyyə, laboratoriya, poliklinika şöbəsi, fizioterapiya və tibbi reabilitasiya mərkəzi fəaliyyət göstərir. Direktor qeyd edir ki, açılış tanınmış səhiyyə adamları ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
“Klinikamız ən son tibbi avadanlıqlarla təchiz olunmuşdur və ən peşəkar həkimlər və peşəkar personalla sizlərin qarşısındayıq. Arzu edirəm ki, heç vaxt xəstələnməyəsiniz. İşdir əgər xəstələnsəniz və yaxud hansısa tibbi xidmətə ehtiyacınız olsa, bilin ki, sizləri gecə-gündüz sizlərin şəfa diləyən bəxş edən "Kraton" komandası hər zaman sizlərlədir. "Kraton" klinkası ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların ailə üzvlərinə güzəştli tibb xidmətləri ilə təminatını reallaşdıracaq, müayinələrini tam ödənişsiz edəcək”.
Səbinə
