Kreml: Putin, Tramp və Zelenski arasında görüş mümkün deyil
Rusiya-Ukrayna sülh danışıqları davam edərkən, Ağ Evdən verilən açıqlamada ABŞ Prezidenti Donald Trampın Putin və Zelenski ilə Türkiyədə görüşməyə açıq olduğu bildirilib. Bu gün Kreml tərəfindən yayılan açıqlamada isə Tramp və Zelenskiyə qapıların tamamilə bağlandığı vurğulanaraq, “Yaxın zamanda Putin, Tramp və Zelenski arasında görüş mümkün deyil” ifadəsi işlədilib.
Kreml açıqlamasında Tramp ilə Putin arasında gələcəkdə keçirilə biləcək konkret görüşlərlə bağlı hələ heç bir razılaşmanın olmadığını, Putinin müxtəlif yüksək səviyyəli görüşlərə hazır olduğunu, lakin bu görüşlərin əvvəlcədən yaxşı hazırlanmasının vacib sayıldığını qeyd edib. Peskov, Rusiyanın İstanbulda Ukrayna ilə aparılan danışıqlarda əldə olunan razılaşmalara sadiq qalacağını bildirib.
Kremlin sözçüsü Peskov, Ukraynanın Rusiyadakı bombardman təyyarələrinə dair məsələyə də münasibət bildirib. O, bu barədə verilən suala cavabında, Prezident Putinin baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırıldığını və hadisə ilə əlaqədar istintaq başladıldığını söyləyib.
Peskov, Ukrayna məsələsində hər hansı güzəştə gedib-getməyəcəkləri ilə bağlı suala isə cavab verməkdən imtina edərək, bunun ictimaiyyət qarşısında deyil, qapalı qapılar arxasında müzakirə olunmalı bir məsələ olduğunu bildirib.
Haberler.com
Aygün Babayeva