Kristiano Ronaldo Ağ Evə baş çəkməyə gedir
Qlobal futbol ulduzu Kristiano Ronaldo çərşənbə axşamı Ağ Evə səfər edəcək. Səfər eyni gündə ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanı qarşılayacaq.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunda oynayır. Bu səfər ABŞ-Səudiyyə münasibətlərində mühüm addım ola bilər, xüsusilə 2018-ci ildə Camal Kaşokcinin öldürülməsindən sonra. ABŞ Səudiyyə ilə təhlükəsizlik sazişi və süni intellekt çiplərinin satışını müzakirə edir. Ronaldo ABŞ-də sonuncu dəfə 2014-cü ildə oyun oynayıb.2009-cu ildə Las Veqasda bir qadına qarşı ittihamlar olsa da, futbolçu həmişə bu iddiaları rədd edib və heç vaxt cinayət məsuliyyətinə cəlb edilməyib.
Politico
Mələk Nəsirli
