00:00:00
Yazar
Admin User
20.04.2023 12:12 541 1 dəq oxuma
İdman

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından deportasiya oluna bilər

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından deportasiya oluna bilər

Səudiyyə Ərəbistanında Lionel Messinin tribunadan alqışlanmasından sonra Kstiano Ronaldo fanatlarına qasıq nümayiş etdirib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkəti ilə böyük reaksiya alan Ronaldoya qarşı cinayət işi açılıb.

 

Komandasının "Əl Hilal"a 2:0 hesabı ilə uduzduğu oyundan sonra rəqib komandanın azarkeşləri Lionel Messini alqışlayıblar. Bu alqışlar 38 yaşlı Ronaldonu qəzəbləndirib.

 

Səudiyyə Ərəbistanında ildə 200 milyon avro qazanan Kriştiano Ronaldo azarkeşlərin Messi üçün alqışlarına əlini qasıq nahiyəsinə qaldıraraq cavab verib. Portuqaliyalı ulduzun bu hərəkəti Səudiyyə Ərəbistanında böyük bir kəsimin qəzəbinə səbəb olub.

 

Sosial şəbəkələrdə bəzi səudiyyəli azarkeşlər Ronaldonun bu hərəkətinin qəbuledilməz olduğunu bildirsələr də, xüsusilə Ramazan ayında “Deport” və “Komandadan göndər” tələbini irəli sürüblər.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər