"Kuba ABŞ-dən yardım istəyib" - D.Tramp
Donald Tramp bildirib ki, Kuba ABŞ-dən yardım istəyib və Vaşinqton bu ölkə ilə danışıqlar aparacaq.
ABŞ Prezidenti Tramp sosial media hesabında Kuba ilə bağlı davam edən müzakirələrə münasibət bildirib.
O, bəzi respublikaçı Konqres üzvlərinin onunla görüşərək “Kubaya müdaxilə etməməsi üçün çağırış etdiyi” iddialarının doğru olmadığını deyib və Kubanın “çökmüş dövlət” olduğunu bildirib.
ABŞ Prezidenti qeyd edib:
“Kuba bizdən yardım istəyir və biz də onlarla danışacağıq”.
Tramp daha əvvəl etdiyi paylaşımda prezidentlik müddəti başa çatmadan “azad Havana”nı ziyarət etmək istədiyini bildirib. O, Kuba ilə bağlı bir çox açıqlamasında “İrandan sonra Kuba məsələsi ilə məşğul olacaqlarını” da vurğulayıb.
TRT HABER
Reyhan Qulizadə