00:00:00
Yazar
Aise Mustafayeva
08.09.2026 23:55 51 2 dəq oxuma
Gündəm

Kuba ABŞ-lə münasibətləri davam etdirmək istəyir – Ekspert region üçün mümkün nəticələri açıqlayıb

 

Kuba ABŞ-lə münasibətləri davam etdirmək istəyir – Ekspert region üçün mümkün nəticələri açıqlayıb

Kuba ilə ABŞ arasında uzun illərdir davam edən siyasi və iqtisadi fikir ayrılıqlarına baxmayaraq, Havana Vaşinqtonla dialoqu və diplomatik əlaqələri davam etdirmək niyyətində olduğunu açıqlayıb. Kuba tərəfi münasibətlərin inkişafının həm qarşılıqlı maraq doğuran məsələlərin həllinə, həm də regionda sabitliyin təmin olunmasına töhfə verə biləcəyini hesab edir.

 

 

Lakin iki ölkə arasında münasibətlərin tam normallaşmasına mane olan əsas amillər sırasında siyasi fikir ayrılıqları və ABŞ-nin Kubaya tətbiq etdiyi iqtisadi məhdudiyyətlər qalır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Kuba üçün əsas problemlərdən biri məhz ABŞ-nin tətbiq etdiyi iqtisadi məhdudiyyətlərdir.

 

 

Ekspertin sözlərinə görə, bu məhdudiyyətlər Kuba iqtisadiyyatına ciddi zərər vurmaqla yanaşı, insan hüquqları məsələsini də iki ölkə arasındakı münasibətlərin əsas siyasi mövzularından birinə çevirib.

 

 

Əziz Əlibəyli hesab edir ki, ABŞ və Kuba arasında dialoqun bərpası yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Karib hövzəsindəki siyasi proseslərə də təsir göstərə bilər:

 

 

«“Dialoqun bərpası Karib hövzəsi ölkələrində münasibətlərin formalaşmasına və regional vəziyyətin dəyişməsinə təsir edə bilər. Xüsusilə regionda baş verən son proseslər fonunda Kuba üçün vəziyyət kifayət qədər mürəkkəbdir”.»

 

Siyasi şərhçinin fikrincə, Kubanın ABŞ-lə əlaqələri davam etdirmək istəyi Vaşinqtonun region siyasətində müəyyən dəyişikliklərə yol aça bilər. Onun sözlərinə görə, ABŞ Karib hövzəsi və digər region ölkələrinin qlobal siyasətdə öz təsir dairəsində qalmasına çalışır. Bu baxımdan Kuba ilə münasibətlərin gələcək istiqaməti Vaşinqton üçün də xüsusi əhəmiyyət daşıyır.

 

Əziz Əlibəylinin fikirləri göstərir ki, Havana ilə Vaşinqton arasında dialoqun davam etdirilməsi tərəflər arasındakı mövcud problemlərin həlli üçün yeni imkanlar yarada bilər. Bununla belə, siyasi və iqtisadi ziddiyyətlərin aradan qaldırılması münasibətlərin tam normallaşması üçün əsas şərtlərdən biri olaraq qalır.

 

 

Aişə Mustafayeva

#ekspert #azərbaycan #açıqlayıb #istəyir #kuba
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər