Kuba ABŞ-ni Venesuelaya hücumlara görə qınayır
Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ-ni qınayaraq, Venesuelaya hücumlara görə məsuliyyət daşıdığını bildirib.
Amerikanın X şirkətinin sosial media platformasında verdiyi açıqlamada Diaz-Kanel hava hücumlarına məruz qalan Venesuelaya dəstəyini ifadə edib.
Kuba Prezidenti Diaz-Kanel bildirib ki, "Kuba ABŞ-nin Venesuelaya qarşı cinayətkar hücumunu qınayır və beynəlxalq ictimaiyyətdən təcili cavab tələb edir".Dinc bir bölgəyə qarşı vəhşicəsinə hücumlara diqqət çəkən Diazo-Kanel ABŞ-ni "Venesuela xalqına və Amerika qitəsinə qarşı dövlət terrorizmi tətbiq etməkdə" günahlandırıb.
Venesuelanın paytaxtı Karakasda partlayışlar eşidilib. Venesuela hökumətinin bəyanatında hücumlara görə ABŞ-ni günahlandırıb və Prezident Maduronun ölkə daxilində "xarici müdaxilə səbəbindən fövqəladə vəziyyət" elan edən fərman imzaladığı bildirilib.
TRT Xəbər
Xədicə Məhərrəmli
