00:00:00
Yazar
Səadət Əlizadə
01.10.2026 14:45 15 1 dəq oxuma
Sosial

Küləkli hava: gəmilərə xəbərdarlıq edilib

Küləkli hava: gəmilərə xəbərdarlıq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

"İnformator.az" xəbər verir ki, xəbərdarlığa əsasən, sabah gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi oktyabrın 3-ü səhərə qədər davam edəcək.

 

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır.

#gündəm #xəbər #küləkli #edilib #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər