Kyle Walker-Peters gəlir
“Beşiktaş”ın prinsipial razılığa gəldiyi ingilis sağ cinah müdafiəçisi Kyle Walker-Peters sabah İstanbulda olacaq.
“Siyah-ağlı” klubun yaydığı açıqlamaya görə, 28 yaşlı futbolçu sabah saat 17:45-də İstanbul Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalında tibbi müayinədən keçmək və transfer danışıqlarını davam etdirmək məqsədilə Türkiyəyə gələcək.
Mənbə: TRT Haber
Nigar Həsənzadə
