00:00:00
Yazar
Admin User
15.12.2023 13:30 300 1 dəq oxuma
Sosial

Laçına köç davam edir

Laçına köç davam edir

31 illik həsrətdən sonra daha 20 ailədən ibarət 86 nəfər Laçına yola salınıb. İllər əvvəl Laçını ağlaya-ağlaya tərk edənlər indi öz doğma yurd-yuvalarına qayıdırlar.

 


Laçın sakini Nazir Nəcəfov deyir ki, Yəqinki bugündən sonra  ömrümüzün axırına qədər Laçında yaşayarıq.

 


"Laçında doğulub boya başa çatdım, oxudum, 31 ildən sonra öz doğma torpağıma qayıtmaq mənim üçün çox gözəl təəssürat yaradır. Və 31 ildən sonra ürəyi Laçında olan,  getmək istəyən Laçında öz qalan ömürlərini gözəl keçirsin".

 


Onlar vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Köçürülən sakinlər üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

 


Laçın sakini Hümbət Vəliyev deyir ki, biz əvvəl bura gələndə bütün azərbaycan xalqı bizə ev verib, yer verib.

 


"Allah onların köməyi olsun. Bu gün onları Laçına dəvət edirik. Oranın suyundan, havasından udsunlar. Biz də onlara qulluq edək. Bu gündən və bu yaşdan sonra Laçında Allah nə ömür versə onu yaşayaq".

 


Digər Laçın sakini Gülsüm Vəliyeva Laçına yoldaşı ilə özünün qayıtdığını qeyd edir.

 


"Uşaqlarım ailəlidir, onlar qalırlar, biz torpaqlarımıza, Laçına gedirik. Ağlaya-ağlaya gəlmişdik, indi də gülə-gülə gedirik".

 


Qeyd edək ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər