00:00:00
Yazar
Admin User
06.09.2023 12:17 766 2 dəq oxuma
Sosial

Laçında həyat yenidən qurulur

Laçında həyat yenidən qurulur

44 günlük vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli, güclü ordumuz tərəfindən Ermənistan məğlubiyyətə uğradı. İşğal edilmiş digər torpaqlarımız kimi Laçın da azad olundu. 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

 

Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Laçına-doğma vətənə ailəmlə birgə bir neçə günlük ziyarət etdim. Laçının mənzərəsi, yurdun gözəlliyi, Minkəndin çiçəkləri, İstisuyu haqqında babam, atam balacalıqdan mənə, qardaşıma danışmışdılar. Laçını görməsək də qəlbimizdə Laçına böyük sevgi var idi. Arzu edirdik ki, vətənimizi görərik. İndi isə Laçına getdik və gördük ki, həqiqətən də babamın, atamın danışdıqları kimi Laçın çox gözəldir. Yurdumun gözəlliyi, dağların ucalığı, havanın təmizliyi, Həkəri çayının gurluğu, Minkəndin çiçəkləri, İstisuyun saflığı insanı valeh edir.

 

Əlbəttə ki, kəndimizi də ziyarət etdim. Minkənd kəndində Fateh bulağında, İstisuda, sərin bulaqlar başında oldum. Atamın, anamın doğulub boya-başa çatdığı babalarımın evlərinə getdik. Təəssüf ki, evlərdən əsər-əlamət qalmamışdı. Digər viran qoyulmuş evlər, həyətlər kimi bu evlər də dağılmış, xarabalığa çevrilmişdi.

İndi isə Laçın yenidən inşa edilir. Yol boyu qardaşım atama deyirdi: ”Ata bura çox gözəldir, mən burada qalmaq istəyirəm”. Yolu getdikcə, hər yana baxdıqca görürdük ki, abadlıq işləri aparılır, işğal altında olarkən dağıdılmış yerlər yenidən düzəldilir.

 

Laçında həyat yenidən qurulur. Laçına qayıdış nəticəsində Laçınlılar öz torpaqlarına köçürlər. Yol boyu Laçınım mənim, Ay Laçın, Can Laçın musiqilərinə qulaq asa-asa vətənimizi seyr edirdik. Bu torpaqlar şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin canı bahasına azad edilib. Onları heç vaxt unutmaq olmaz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, əsgərlərimizin, hərbçilərimizin canını sağ etsin, ordumuzu qorusun. İnşallah, digər azad olunmuş rayonlarımızı da görmək nəsibimiz olsun.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər