00:00:00
Yazar
Admin User
21.08.2023 12:48 263 1 dəq oxuma
Sosial

Laçınlıların Laçına növbəti köçü baş tutdu

Laçınlıların Laçına növbəti köçü baş tutdu

Ürəkləri Vətən həsrəti ilə döyünən, gözləri yolda qalan laçınlı soydaşlarımız bu gün doğma el-obalarına qayıdıb. "Böyük Qayıdış" Konsepsiyası çərçivəsində Laçın şəhərinə sakinlərin növbəti köçü baş tutub. Köç karvanı səhər saatlarında "Qobu Park - 3" Yaşayış Kompeksindən yola düşüb.

Daha 46 nəfərdən ibarət 13 ailənin Laçın şəhərinə köçü həyata keçirilir. Belə ki, 2023-cü il üzrə "Böyük Qayıdış" Konsepsiyasına əsasən Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dək sakinin köçürülməsi planlaşdırılır.


Laçın sakini Əlövsət Məmişov: "Allah-təala bütün laçınlıların hamısına, nəinki laçınlılara, bütün köçkünlərə bu günü qismət eləsin, mənim arzum odur. Laçın alınan günü mən qurban demişəm. Gedib qurbanımı kəsəcəm."

 

Laşın sakini Qızbəs Muradova: "31 il, 4 aydır mən Laçından çıxmışam. Gələndə 47 yaşım var idi, indi də 78...Bu həyatı bizə bəxş edən prezidentimizə təşəkkür edirəm".


Köçürülən ailələr Laçın şəhərinə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərinə 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər