Lando Norris “Formula-1”də rekord müəyyənləşdirib
26 yaşlı britaniyalı pilot Lando Norris "Formula-1"də ilk komandası ilə keçirdiyi yarış sayına görə rekord müəyyənləşdirib.
“İnformator.az” xəbər verir ki, “McLaren” komandasının pilotu bu nailiyyətə 2025-ci il mövsümünün Las-Veqasda keçirilən 22-ci Qran-prisində imza atıb.
Norris “Formula-1” tarixində ilk komandası ilə 150 yarış keçirən ilk pilot olub. O, “McLaren”də 2019-cu il Avstraliya Qran-prisində debüt edib.
Qeyd edək ki, Norris Las-Veqas Qran-prisində ikinci yeri tutub. Maks Ferstappen yarışın qalibi olub, Corc Rassel isə üçüncü yeri tutub.
Britaniyalı idmançı pilotların sıralamasında liderliyini davam etdirir.
