Laricaninin qızı ABŞ universitetindən qovulub
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani ABŞ-nin Corciya ştatındakı Emory Universitetindən uzaqlaşdırılıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Emory Universitetindən məlumat verilib.
Məlumata görə, qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.
“İranın yüksək vəzifəli dövlət məmurunun qızı olan həkim artıq universitetdə çalışmır”, - açıqlamada bildirib.
