00:00:00
Yazar
Bəsti Nəsibova
27.06.2026 15:13 24 1 dəq oxuma
Sosial

Layihə çərçivəsində ‘Ətraf mühitin abadlaşdırılması və yaşıllaşdırılması üzrə təlim uğurla başa çatdı

Layihə çərçivəsində ‘Ətraf mühitin abadlaşdırılması və yaşıllaşdırılması üzrə təlim uğurla başa çatdı

Layihə çərçivəsində ‘Ətraf mühitin abadlaşdırılması və yaşıllaşdırılması üzrə təlim uğurla başa çatdı.Təlimin əsas məqsədi iştirakçıların ətraf mühitin qorunması, yaşıllıq sahələrinin artırılması və abadlaşdırma işlərinin səmərəli təşkili sahəsində bilik və bacarıqlarının artırılması olub. Tədbir zamanı ağac və gül kollarının düzgün seçilməsi, əkilməsi, qulluq qaydaları, suvarma və torpaq hazırlığı ilə bağlı praktiki və nəzəri məlumatlar təqdim edilib.
Təlim iştirakçıları həmçinin ağac və dekorativ gül kollarının əkilməsi zamanı xərclərin optimallaşdırılması, az maliyyətlə daha çox yaşıllıq sahəsinin yaradılması imkanları barədə məlumatlandırılıblar. Bu istiqamətdə yerli şəraitə uyğun bitki növlərinin seçilməsi, tinglərin toplu şəkildə əldə olunması, yerli tingliklərdən istifadə, kompost və üzvi gübrələrin tətbiqi kimi iqtisadi baxımdan səmərəli üsullar müzakirə olunub.
Tədbir çərçivəsində yaşıllaşdırma fəaliyyətlərinin davamlılığını təmin etmək üçün araşdırma mexanizmləri, monitorinq üsulları və icma üzvlərinin prosesə cəlb edilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb. İştirakçılar əldə etdikləri bilikləri gələcək ekoloji təşəbbüslərdə tətbiq etmək və yaşadıqları ərazilərdə yaşıllaşdırma işlərinə dəstək vermək istiqamətində fikir mübadiləsi aparıblar.
Layihə çərçivəsində həyata keçirilən bu təlim ekoloji şüurun artırılmasına, icmaların ətraf mühitin mühafizəsində fəal iştirakına və daha yaşıl, sağlam gələcəyin formalaşdırılmasına mühüm töhfə verib.
Birlikdə daha yaşıl və davamlı gələcək naminə!

#‘ətraf #uğurla #abadlaşdırılması #çatdı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər