00:00:00
Yazar
Admin User
23.07.2025 18:14 135 1 dəq oxuma
İdman

Əlcəzairli futbolçu “Sumqayıt”da

Əlcəzairli futbolçu “Sumqayıt”da

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. 


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, komanda son mövsümü “Fakel” (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi “Sumqayıt”da “72” nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, “Sumqayıt” buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər