00:00:00
Yazar
Admin User
23.07.2025 18:34 165 1 dəq oxuma
İdman

Leroy Sane İstanbula gəlib

Leroy Sane İstanbula gəlib

"Galatasaray" klubunun yeni transferi Leroy Sane bu gün ABŞ-dən İstanbula gəlib.

 

Sarı-qırmızılı komandanın Almaniyanın nəhəng klubu Bayern Münchendən transfer etdiyi və 1 iyulda müqaviləsi başa çatan 29 yaşlı alman futbolçu ABŞ-də keçirilən FIFA Klublararası Dünya Çempionatına qatıldıqdan sonra istirahətini də həmin ölkədə keçirib.

 

Sane Los Ancelesdən xüsusi təyyarə ilə İstanbul Hava Limanına gəlib. "Galatasaray"ın rəsmiləri qarşılanan futbolçu daha sonra qalacağı otelə yola düşüb.

 

Alman futbolçu sabahdan etibarən sarı-qırmızılı komandanın məşqlərinə qoşulacaq.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər