Levandovski “Fənərbağça"ya transfer olacaq? - Özü açıqlayıb
“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbağça” klubuna transfer olacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
"İnformator.az" "Qol.az"a istinadən xəbər verir ki, futbolçu Türkiyə Superliqasında çıxış etmək niyyətində olmadığını bildirib. O, yanvarda komandasını dəyişməyi planlaşdırmasa da, “Barselona”nın yeni hücumçu transfer edəcəyi təqdirdə gələcəyi ilə bağlı qərarı yenidən nəzərdən keçirəcəyini də istisna etməyib.
