00:00:00
Yazar
Cavahir Əsgərbəyli
16.06.2026 13:31 16 1 dəq oxuma
Siyasət

Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşüb

Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşüb

Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüş keçirib.

 

"İnformator.az" xəbər verir ki, görüşdə Azərbaycanın ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

 

Bu xüsusda, həmçinin IDEA İctimai Birliyinin sözügedən sahələr üzrə layihə və təşəbbüsləri, o cümlədən biomüxtəlifliyin zənginləşdirilməsi, ətraf mühitlə bağlı maarifləndirmə tədbirləri, eləcə də nadir fauna növlərinin qorunması və ekosistemlərin bərpasına yönələn fəaliyyətləri diqqətə çatdırılıb.

 

#əliyeva #görüşüb #azərbaycan #unfccc-in #leyla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər