00:00:00
Yazar
Hüseynova Mələk
16.06.2026 20:40 22 1 dəq oxuma
Siyasət

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib.


 "İnformator.az" "Report"a istinadən xəbər verir ki, hökumət başçısına sözügedən kompleksin fəaliyyəti, burada sərgilənən ekspozisiyalar, elmi-maarifləndirici layihələr və İslam dünyasının mənəvi irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.


Qeyd edilib ki, İslam Sivilizasiyası Mərkəzi Özbəkistanın iri mədəni-elmi komplekslərindən biridir. Burada Mərkəzi Asiya ölkələrinin elm, təhsil, mədəniyyət və İslam sivilizasiyasının inkişafına verdiyi töhfəni əks etdirən materiallar təqdim olunur.

Əli Əsədov regionun görkəmli mütəfəkkirlərinə, alimlərinə və ilahiyyatçılarına həsr olunmuş ekspozisiya, eləcə də mərkəzdə tətbiq edilən müasir rəqəmsal həllərlə tanış olub.

Xatırladaq ki, Azərbaycanın Baş naziri 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistanın paytaxtında səfərdədir.

#Daşkənd #ziyarət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər