00:00:00
Yazar
Güllər Gülhüseynova
31.08.2026 23:29 103 1 dəq oxuma
İdman

Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb

Dünya futbolunun ən böyük ulduzlarından biri hesab olunan argentinalı futbolçu Lionel Messi Argentina milli komandasında karyerasını başa vurduğunu açıqlayıb.

 

39 yaşlı əfsanəvi futbolçu qərarını 2026-cı il Dünya Çempionatının finalından sonra verdiyini bildirib. Messi bu qərarın atası Xorxe Messinin vəfatından sonra onun üçün daha da dəqiqləşdiyini qeyd edib.

 

Messi açıqlamasında bildirib:

 

“2026-cı il Dünya Çempionatının finalından sonra keçən bütün bu müddət və uzun düşüncələrdən sonra hər kəsə milli komandadan təqaüdə çıxdığımı bildirmək istəyirəm”.

 

O, milli komanda ilə keçirdiyi illəri və qazandığı uğurları xatırlayaraq vidalaşdığını deyib:

 

“Unudulmaz xatirələrlə vidalaşıram. Sizə və komanda yoldaşlarıma arzuladığımız anları yaşatmış olmağın verdiyi rahatlıq və qürurla ayrılıram. Bütün bunları sizinlə birlikdə yaşamaq inanılmaz idi. Sizi sevirəm! Məni argentinalı etdiyin üçün Allaha təşəkkür edirəm. Yaşasın Argentina!”

 

Messi bu sözləri 21 iyulda, Dünya Çempionatının finalından iki gün sonra yazdığını, atasının vəfatından sonra isə qərarından daha əmin olduğunu bildirib.

 

39 yaşlı futbolçu Argentina millisində keçirdiyi 207 oyunda 125 qol vurub.

 

Messinin atası Xorxe Messi avqustun 8-də 68 yaşında vəfat edib.

 

AHaber

Güllər Gülhüseynova

#açıqlayıb #millisindəki #başa #vurduğunu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər