Lionel Messi \"Qızıl top\"un sahibi oldu
Messi 5-ci dəfə \"Qızıl top\"-a sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb
Yanvarın 11-i 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək \"Qızıl top\"un yeni sahibi müəyyənləşib.
İnformator-un məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə FİFA-nın sorğusuna əsasən, \"Barselona\"nın argentinalı hücumçusu Lionel Messi ötən ilin ən yaxşısı seçilib. O, səsvermədə \"Real Madrid\" klubunun futbolçusu Kriştiano Ronaldonu, \"Barselona\"dan isə Neymarı qabaqlayıb.
Bununla da, Messi 5-ci dəfə \"Qızıl top\"-a sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.
Xatırladaq ki, Messi 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafatı qazanmışdı.
