00:00:00
Yazar
Admin User
09.08.2023 15:51 374 2 dəq oxuma
Sosial

LİRƏNİN UCUZLAŞMASI YERLİ SAHİBKARLARA PROBLEM YARADIR

LİRƏNİN UCUZLAŞMASI YERLİ SAHİBKARLARA PROBLEM YARADIR

Türkiyə lirəsi növbəti dəfə ucuzlaşıb. Bir türk lirəsi 0,0629 manatdır. Düzdür, qardaş ölkə valyutasının möhkəmlənməsi üçün addımlar atır. Ekspertlər lirənin ucuzlaşmasını Türkiyənin əsas ticarət tərəfdaşı olan Azərbaycanda bazara təsir edəcəyi qənaətindədirlər.

Lirənin ucuzlaşması online şəkildə Türkiyədən alış-veriş edənləri sevindirir. Sadəcə lirənin düşməsi ilə əlaqədar karqo şirkətlərinin işi zəifləyib. Mütəxəssislər deyirlər ki, lirə ucuzlaşanda Azərbaycan vətəndaşları yalnız bir neçə ay Türkiyədən məhsulları ucuz ala bilirlər. Çünki bazardakı məhsullar köhnə məzənnə ilə satılır. Belə olan halda manatını lirəyə çevirib alış-veriş edənlər qazanmış olur. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bir neçə ay keçəndən sonra türk şirkətləri artıq lirədə öz məhsullarını qiymətlərini artırırlar. Və nəticə etibarilə o müvəqqəti ortaya çıxmış məzənnə uduşu aradan qalxır. “Çünki Türkiyə sənayesi belə qurulub ki, onlar istehsal etdikləri məhsulların  xammalarının hissələrini xaricdən alırlar. Yəni ciddi sürətdə ixraclarında idxalın rolu var. Ona görə köhnə məzənnə ilə alıqlarını köhnə məzənnə ilə satırlar. Və faktiki olaraq da, belə deyək də, anbarlarda, bazarlarda və yaxud da online dükanlarda biz bunları ucuz görürük. İqtisadçı deyir ki, cari halda lirə düşdüyünə görə, sonradan  türk lirəsində bahalaşma bu fərqi aradan qaldırmış olur. Azərbaycanda isə lirənin ucuzlaşması ən çox yerli bazardakı sahibkarlara problem yaradır. “Yerli sahibkarlar məhsulu Türkiyədən gətirəndə sahibkar kimi qeydiyyatda olduğuna görə, idxal etdiklərinə görə nəticə etibarilə vergi ödəyirlər. Təqriban 35-36 faiz vergidir. Bu vergi nəticəsində həmin o online türk saytları Bakıda mağaza açan sahibkarları vurur. Vergi hesabına formalaşan rəqabət haqsız rəqabət olur və yerli sahibkarlar da bundan əziyyət çəkir”.

Ekspertlər Türkiyənin bu siyasəti ənənəvi olaraq həyata keçirdiyini deyirlər. Məqsəd isə ölkənin ixrac potensialını stimullaşdırmaqdır. Lirənin ucuzlaşması Azərbaycanda idxalı stimullaşdırsa da, qeyri- neft sektoru məhsullarının ixracında problemlər yaradır. Başqa sözlə desək, ölkədə istehsalın bahalaşmasına gətirib çıxarır.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər