00:00:00
Yazar
Səadət Əlizadə
25.10.2026 14:12 32 1 dəq oxuma
Dünya

Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib

 

Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib

Litva Avropa İttifaqında (Aİ) yay və qış vaxtına keçidin ləğvi məsələsinin 2027-ci ilin iyununda səsverməyə çıxarılmasını planlaşdırır.

 

"İnformator.az"Litvanın BNS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Lukas Paşkeviçius bildirib.

 

Onun sözlərinə görə, məsələ 2027-ci ilin fevralında Aİ nəqliyyat nazirlərinin qeyri-rəsmi toplantısında müzakirə olunacaq, iyunun sonunda isə səsverməyə çıxarılması nəzərdə tutulur.

 

Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək.

 

Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ildə saatların mövsümi dəyişdirilməsinin ləğvini təklif edib. Avropa Parlamenti 2019-cu ildə təşəbbüsü dəstəkləsə də, üzv dövlətlər arasında razılıq əldə olunmayıb.

#saatların #litva #təşəbbüsü #avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər