Livan və Suriya qarşılıqlı hörmət və müdaxilə etməmə haqqında saziş imzalayıb
Livan və Suriya Beyrutda qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmə haqqında saziş imzalayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Sənəd Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybaninin Livana səfəri zamanı imzalanıb, orada o, ölkənin Baş naziri Nəvaf Salamla görüşüb.
Məlumata görə, saziş hər iki dövlətin suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət, tərəflərin bərabərhüquqluluğu və bir-birinin daxili işlərinə müdaxilə etməmək də daxil olmaqla, əməkdaşlıq prinsiplərini təsbit edir.